...

Azərbaycanda sərnişindaşıma tarifləri cüzi ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2013 20:32 (UTC +04:00)
Azərbaycanda 2013-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri 2,1 faiz bahalaşıb.
Azərbaycanda sərnişindaşıma tarifləri cüzi ucuzlaşıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanda 2013-cü ilin noyabr ayında əvvəlki ayla müqayisədə nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, yükdaşıma tarifləri 2,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2 faiz ucuzlaşıb.

Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 1,3 faiz bahalaşıb.

Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 1,5 faiz ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 4,0 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,8 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti