...

“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2014 10:36 (UTC +04:00)
“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub
“Meqa Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik olub. Belə ki, Cəmiyyətin İdarə Heyətinin sədri Əfqan Murtuzayevi bu vəzifədə Sevinc Gülmaliyeva əvəz edib. Bu barədə Trend-ə ASC-dən bildirilib.

Sığorta sahəsi üzrə ixtisaslaşmış Çarter Sığorta Universitetinin (Böyük Britaniya) məzunu olan Sevinc Gülmaliyeva bu sahə üzrə 14 illik təcrübəyə malikdir. Bu sahədə Azərbaycandakı təcrübəsindən başqa o, Rusiya və İngiltərədə fəaliyyət göstərən beynalxalq sığorta-broker şirkətlərində də uzun illər çalışıb. Məlumat üçün bildirək ki, S. Gülmalıyeva 1 ilə yaxındır ki, "Meqa Sığorta" ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. Qeyd edək ki, cəmi 3 ildir fəaliyyət göstərən "Meqa Sığorta" ASC ötən il 10 milyon manatdan çox sığorta haqqı yığımına nail olub. Hal-hazırda "Meqa Sığorta" ASC-nin 7 filial və 10 nümayəndəliyi fəaliyyət göstərməktədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti