...

Bank VTB-nin (Azərbaycan) aktivləri il ərzində 2 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Əliyev/

Bank VTB-nin (Azərbaycan) aktivləri 2013-cü il ərzində 2,4 dəfə artaraq 207,9 milyon manata çatıb. Trend-in məlumatına görə, bunu VTB Qrupun Azərbaycanda törəmə bankının İdarə Heyətinin sədri Aleksandr Yeryomin bankın 2013-cü ildəki fəaliyyətinə və gələcək planlarına həsr edilmiş mətbuat konfransında deyib.

A.Yeryomin bildirib: "Nizamlı iş sayəsində ötən ildəki biznes planında əks olunmuş bütün tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. 2,8 milyon manat həcmində planlaşdırılan zərərlə belə, xalis gəlir milli maliyyə hesabatlılığı standartları üzrə 2,2 milyon manat və beynəlxalq standartlar üzrə isə 4 milyon manat təşkil edib".

Onun sözlərinə görə, bankın müştəri bazası da yüksək templə artıb: "İl ərzində bankın müştərilərinin sayı 2,4 dəfə artaraq təqribən 12 min nəfərə çatıb. Bank VTB (Azərbaycan) ölkənin bank sektorunda əksər əsas göstəricilərin artım tempi üzrə lider olub".

A.Yeryomin qeyd edib: "Ümumi statistikadan danışsaq, bankımız mövqeyini xeyli yaxşılaşdırıb. Belə ki, bank əsas göstəricilər - kredit portfeli, aktivlər, gəlirlər üzrə ölkə bankları arasında (cəmi 43 bank) 21-23-cü yerləri tutub. Yaxın illər üçün məqsədimiz Azərbaycanın ən iri beş bankı sırasına daxil olmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti