Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/
Bakının ictimai nəqliyyatında kart sisteminin tətbiqi prosesi başa çatdıqdan sonra gediş haqqının ödənişi tam nağdsız formaya keçiriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, yeni sistemin tətbiqi prosesi başa çatanadək Bakıda avtobuslarda ödəniş nağd pulla və nəqliyyat kartları ilə həyata keçiriləcək:
"Kart ödəniş sisteminin tətbiqi avtobus sürücülərinə gündəlik planın müəyyənləşdirilməsi əvəzinə, fiksasiya olunmuş əməkhaqqı verməyə imkan yaradacaq".