...

Bakı şəhərində Bank VTB (Azərbaycan) ASC-nin treninq mərkəzi fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2014 13:17 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin treninq mərkəzi 2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlayacaq.
Bakı şəhərində Bank VTB (Azərbaycan) ASC-nin treninq mərkəzi fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin treninq mərkəzi 2014-cü ildə Bakı şəhərində fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bu barədə Bank VTB (Azərbaycan) ASC-nin insan resursları İdarəsinin rəis müavini Gülşən Həmidova bildirmişdir.

Mərkəzin yaradılmasında məqsəd yeni əməkdaşların öyrədilməsi və işçi heyətinin ixtisaslaşması olduğunu qeyd edən Həmidova, bank sektorunda zəngin təcrübəyə və biliyə malik mütəxəssislərin tədris mərkəzində mühazirə oxuyacağını nəzərə çatdırmışdır. Zərurət yaranarsa, VTB Qrupunun digər törəmə qurumlarından da mütəxəssislər dəvət olunacaq.

"Treninq mərkəzin yaradılması ideyası Bankın sürəkli inkişaf templəri ilə izah olunur. Təlim mərkəzi bizə kömək edəcək ki, Bankın filial şəbəkəsinin sürətlə genişlənməsi və məhsul çeşidinin artması nəticəsində, habelə xidmətin keyfiyyətinin yüksəlməsi istiqamətində yarana biləcək çətinlikləri aradan qaldıraq", - deyə G.Həmidova əlavə etmişdir.

İdarənin rəis müavini qeyd etmişdir ki, bank daxilində kadrların hazırlanması təcrübəsi daha səmərəlidir. Belə ki, ölkənin bank bazarı böyük olmadığından kadr seçimi imkanları da geniş deyildir. Müvafiq problemin həlli istiqamətində əcnəbi bank mütəxəssislərinin dəvət olunması isə bahalı və az səmərəlidir.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti