...

Azərbaycan və İtaliya sahibkarları üçüncü ölkələrdə birgə investisiya imkanlarını nəzərdən keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2014 12:53 (UTC +04:00)
Azərbaycan və İtaliya şirkətləri üçüncü ölkələrdə - Qazaxıstanda, Rusiyada, İranda və digərlərində birgə investisiya imkanlarını nəzərdən keçirirlər.
Azərbaycan və İtaliya sahibkarları üçüncü ölkələrdə birgə investisiya imkanlarını nəzərdən keçirirlər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan və İtaliya şirkətləri üçüncü ölkələrdə - Qazaxıstanda, Rusiyada, İranda və digərlərində birgə investisiya imkanlarını nəzərdən keçirirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib.

Bakıda iki ölkənin sahibkarları arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən inşaat, turizm, mebel sənayesi, topdan və pərakəndə satış sahələrini təmsil edən 50-dən artıq iş adamı, İtaliya tərəfdən inşaat, bərpa, dizayn üzrə ixtisaslaşmış "Made S.p.a" şirkətlər qrupu, işıqlandırma sistemləri, ev üçün elektron avadanlıqlar, təhlükəsizlik sistemləri istehsal edən "Beghelli" qrupu və digər şirkətlər iştirak ediblər.

M.Musayevin sözlərinə görə, İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 10 milyard dolları ötüb. Azərbaycanda İtaliya kapitalı ilə 45 şirkət çalışır.

M.Məmmədov deyib: "Bakıya gələn şirkətlər sərmayə yatırmaq, yerli şirkətlərlə əlaqələr qurmaq üçün imkanlar axtarırlar. İtaliya şirkətlərinin maraqları inşaat, turizm, toxuculuq sənayesi, kənd təsərrüfatı, emal, nəqliyyat, mebel istehsalı və s. kimi sahələri əhatə edir".

Onun fikrincə, görüş həm İtaliya, həm də yerli iş adamları üçün qarşılıqlı maraq kəsb edir: "Azərbaycan iqtisadiyyatı qarşısında duran vəzifələrə təkcə ölkəyə sərmayələrin cəlb edilməsi deyil, həm də digər ölkələrə sərmayə qoyuluşu üçün imkanların axtarışı daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti