...

ARDNŞ 2014-cü ildə avrobondların buraxılışı məsələsini gündəlikdən çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2014 07:00 (UTC +04:00)
2014-cü ildə ARDNŞ tərəfindən avroistiqrazların növbəti yerləşdirilməsi məsələsi aktual deyil.
ARDNŞ 2014-cü ildə avrobondların buraxılışı məsələsini gündəlikdən çıxarıb

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Əliyev/

2014-cü ildə ARDNŞ tərəfindən avroistiqrazların növbəti yerləşdirilməsi məsələsi aktual deyil. Bu barədə Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

O, qeyd edib ki, şirkət daha uzun, yəni 30 illik ödəniş müddətinə malik istiqrazlar buraxmağı nəzərdə tutur: "Bundan başqa, bu yaxınlarda Azərbaycanın suveren avrobondlarının debüt yerləşdirilməsi aparılıb, ona görə də biz hazırda diqqəti bazarın öyrənilməsinə cəlb etmişik".

Vitse-prezidentin sözlərinə görə, hazırlıq prosesi uzun müddət tələb edir və buna görə də növbəti yerləşdirmənin müddəti və həcmi haqqında danışma hələ tezdir: "Bu parametrlər bazarın monitorinqinin nəticələrindən və şirkətin maliyyə resurslarına tələbatından asılı olacaq".

ARDNŞ artıq iki buraxılış həyata keçirib. İlk buraxılış 2012-ci ildə 5,45 faiz gəlirliliklə və ödəniş müddəti 2017-ci ilin fevralında olmaqla 500 milyon dollar həcmində olub. İkinci yerləşdirmə isə 2013-cü ilin martında Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Afrika bazarlarında artıq bir milyard dollar həcmində 4,75 faiz gəlirliliklə 10 illik müddətə yerləşdirilib. Bu dəfə onlara tələbat emissiyaların həcmini üç dəfə üstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti