...

Azərbaycan və Stavropol diyarı arasında bir sıra sazişlər imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2014 17:01 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Stavropol diyarı iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirirlər.
Azərbaycan və Stavropol diyarı arasında bir sıra sazişlər imzalanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Rusiyanın Stavropol diyarı iqtisadi sahədə əməkdaşlığı möhkəmləndirirlər.

Trend-in məlumatına görə, Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda təşkil edilmiş Azərbaycan-Rusiya biznes forumu zamanı Azərbaycan və Stavropol diyarının ticarət-sənaye palataları arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bundan başqa, forum çərçivəsində Azərbaycan Turizm Assosiasiyası və Stavropolun "Kurort idarəetmə" MMC arasında turizm sahəsində, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının "Profkurort" sanitar-kurort birliyi arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Biznes forumda Stavropol diyarını təmsil edən, aqrar sənaye, qida sənayesi, tikinti, enerji, kimya, təhsil və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti