...

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 14:28 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab vermişdir.
Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinə 50 minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən artıq müştərinin müraciətinə cavab vermişdir.

Bankdan cümə günü Trend-ə daxil olan məlumata görə, belə ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 39 679 zəng, bankın rəsmi saytında olan onlayn-məsləhət xidməti vasitəsilə 6 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınmışdır.

Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzinin rəhbəri Ayaz Əhmədov qeyd etmişdir ki, çağrı-mərkəzi bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərir. Novruz bayramı günlərində (martın 20-26-da) mərkəzə 400-dən artıq müraciət daxil olmuş, 100-dən artıq müraciətə bankın rəsmi saytında olan "onlayn-məsləhət" xidməti vasitəsilə baxılmışdı.
Çağrı-mərkəzi, daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən (30 günədək) müştərilərlə işləyir, müştərilərə kreditlərin ödənişini xatırladır və müştəriləri ad günləri münasibətilə təbrik edir. Bundan başqa, mərkəzdə "zəng sifarişi" xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı-mərkəzinin mütəxəssisi tərəfindən zəng vurulur və məsləhət xidməti göstərilir.
"Cari ildə mərkəz vasitəsilə aktiv satışların gercəkləşməsini və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsini planlaşdırırıq", - deyə Əhmədov əlavə etmişdir.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti