...

Azərbaycanda ABŞ-ın AGCO şirkəti ilə birgə traktor istehsalına başlanıla bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 14:40 (UTC +04:00)
Gəncə avtomobil zavodu və dünyanın aparıcı kənd təsərrüfatı texnikasının istehsalçılarından biri olan ABŞ-ın AGCO şirkəti Azərbaycanda 4 traktor brendinin birgə buraxılışı məsələsi üzrə danışıqlar aparırlar.
Azərbaycanda ABŞ-ın AGCO şirkəti ilə birgə traktor istehsalına başlanıla bilər (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Əliyev/

Gəncə avtomobil zavodu və dünyanın aparıcı kənd təsərrüfatı texnikasının istehsalçılarından biri olan ABŞ-ın AGCO şirkəti Azərbaycanda 4 traktor brendinin birgə buraxılışı məsələsi üzrə danışıqlar aparırlar. Bu barədə cümə axşamı Trend-ə zavod direktorunun marketinq və servis üzrə müavini Konstantin Barabanov bildirib.

Onun sözlərinə görə, söhbət "Challenger", "Fendt", "Massey Ferguson" və "Valtra" brendlərindən gedir: "AGCO kənd təsərrüfatı texnikasının və ehtiyat hissələrinin yüksək beynəlxalq standartlara uyğun istehsalı sahəsində hamı tərəfindən tanınan liderdir. Hazırda bu şirkət ilə Azərbaycanda istehsalın təşkil edilməsi imkanları üzrə danışıqlar aparılır".

Barabanov qeyd edib ki, Gəncə avtomobil zavodu keyfiyyətə, innovasiyalara və istehlakçıların artan tələbatının təmin edilməsinə böyük diqqət ayırır. Bununla yanaşı, müəssisə bütün respublika ərazisində servis mərkəzlərinin şaxələnmiş şəbəkəsinə malikdir. Öz növbəsində, müasir avadanlıq və texnikanın tətbiqi kənd təsərrüfatının inkişafına və istehlakçıların lazımi kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına müsbət təsir edir.

Qeyd edək ki, hazırda Gəncə avtomobil zavodunda Minsk traktor zavodunun traktorları və Minsk avtomobil zavodunun avtomobilləri yığılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti