...

Heydər Əsədov Tovuzda Gəncə avtomobil zavodunda yığılmış 125 traktora baxış keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 12:23 (UTC +04:00)
Mayın 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Tovuz “Aqroservis” filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli 125 traktora baxış keçirib.
Heydər Əsədov Tovuzda Gəncə avtomobil zavodunda yığılmış 125 traktora baxış keçirib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Mayın 7-də kənd təsərrüfatı naziri Heydər Əsədov "Aqrolizinq" ASC-nin Tovuz "Aqroservis" filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış "Belarus" tipli 125 traktora baxış keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, H.Əsədov əvvəlcə filialda yaradılmış şəraitlə tanış olub. Sonra respublikanın müxtəlif rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edən nazir Heydər Əsədov dövlət başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.

Diqqətə çatdırılıb ki, Tovuz "Aqroservis" filialına gətirilmiş 125 ədəd traktordan 43-ü fermer və sahibkarlara lizinq yolu ilə verilir.

Nazir bildirib ki, fermerlər qarşılaşdıqları hər hansı problemlə bağlı nazirlikdə yaradılan "Qaynar xətt" (1652) ilə əlaqə saxlaya bilərlər.

Nazir daha sonra Tovuzda fəaliyyət göstərən Dövlət toxumçuluq təsərrüfatında, Rayon Baytarlıq və Fitosanitar Xidməti idarələrində olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti