...

Berndə Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 16:05 (UTC +04:00)
Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcəkdir.
Berndə Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Birgə Komissiyanın iclasında Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 5-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaqdır.

Azərbaycan nümayəndə heyətinin İsveçrəyə səfəri çərçivəsində iş adamlarının iştirakı ilə Azərbaycan-İsveçrə biznes forumu təşkil ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti