...

Gəncə avtomobil zavodunun kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.İsmayılov/

Gəncə avtomobil zavodunun Servis İdarəsi bazasında xüsusi monitorinq qrupu yaradılıb. Qrupa zavodun, Minsk traktor zavodunun, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin və "Aqrolizinq" ASC-nin (dövlər lizinq şirkəti) mütəxəssisləri daxildirlər. Bu barədə cümə axşamı Trend-ə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

Onun sözlərinə görə, qrupun yaradılmasında məqsəd texnikadan istifadənin səmərəliliyinin artırılması üçün Gəncə avtomobil zavodunda istehsal olunan traktorların və kənd təsərrüfatı texnikası istifadəçilərinin monitorinqi və maarifləndirilməsidir.

X.Fətiyev qeyd edib ki, monitorinq ölkənin hər bir rayonunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti