...

"TuranBank" Azərbaycan mülki aviasiya işçiləri üçün kredit faizlərində endirim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2014 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli sərəncamı ilə hər il iyun ayının 2-də Azərbaycan mülki aviasiya işçilərinin peşə bayramı qeyd edilir. Azərbaycanda ilk aviasiya dəstəsi 1938-ci ildə məhz həmin gün formalaşaraq respublikada mülki aviasiyanın təşəkkülünün əsasını qoyub.

"TuranBank" mülki aviasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir və 2, 3 və 4 iyun tarixlərində "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə TuranBank-ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 18 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti