...

Rusiyanın Kaluqa vilayəti Azərbaycan biznesini sənaye parklarında iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 13:17 (UTC +04:00)
Rusiyanın Kaluqa vilayəti Azərbaycan biznesini regiondakı xüsusi iqtisadi zonalar və sənaye parklarında iştiraka dəvət edir.
Rusiyanın Kaluqa vilayəti Azərbaycan biznesini sənaye parklarında iştiraka dəvət edir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Əliyev/

Rusiyanın Kaluqa vilayəti Azərbaycan biznesini regiondakı xüsusi iqtisadi zonalar və sənaye parklarında iştiraka dəvət edir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Kaluqa vilayətinin İxracyönümlü Kiçik və Orta Biznesə Dəstək Koordinasiya Mərkəzinin rəhbəri Valentina Maltseva Bakıda Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayətinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

Onun sözlərinə görə, regionda əlverişli investisiya mühiti yaradılıb, səhmdarların fəaliyyəti üçün inzibati maneələr aradan qaldırılıb: "Kaluqa vilayətində "Lyudinovo" sənaye istehsal tipli xüsusi iqtisadi zona fəaliyyət göstərir. Burada güzəştli vergi rejimi tətbiq edilir və investisiyaların həcmi nə qədər çox olursa, bu güzəştlər bir o qədər geniş yayılır. Biz Azərbaycan sahibkarlarını bu zonanın rezidenti olmağa dəvət edirik".

V.Maltseva qeyd edib ki, Kaluqa vilayətində regionda sənaye potensialının inkişafı üzrə daim iş aparılır: "Xüsusi iqtisadi zonadan başqa, regionda 10 sənaye parkı fəaliyyət göstərir. Vilayətin əlverişli coğrafi mövqeyi hazırda regionda Moskva vilayəti ilə sərhəddə iri logistik mərkəzin və 2 beynəlxalq aeroportun tikilməsinə şərait yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti