...

Samir Şərifov: Azərbaycanlı sığortaçılar yığılan mükafatları doğrultmalıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 12:31 (UTC +04:00)
Azərbaycanda göstərilən sığorta xidmətlərinin keyfiyyətinin artırılması bu günün ən aktual məsələlərindən biridir.
Samir Şərifov: Azərbaycanlı sığortaçılar yığılan mükafatları doğrultmalıdırlar

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Emin Əliyev/

Azərbaycanda göstərilən sığorta xidmətlərinin keyfiyyətinin artırılması bu günün ən aktual məsələlərindən biridir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ölkənin maliyyə naziri Samir Şərifov jurnalistlərə deyib.

Nazir bildirib: "Sığortaçıların öz müştərilərinə göstərdikləri xidmətlərin keyfiyyətinin artırılması üzərində işləmək lazımdır. Şirkətlər yığdıqları mükafatları doğrultmalıdırlar".

S.Şərifov qeyd edib ki, bazar kifayət qədər dinamik inkişaf edir: "Bu inkişaf bazar iqtisadiyyatı üçün səciyyəvi olan bütün əlamətlərə malikdir".

Qeyd edək ki, 2014-cü il yanvar-may aylarının yekunları üzrə ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin mükafatlarının ümumi həcmi 186,9 milyon manat təşkil edib ki, bu da ötən ilki göstəricidən 10,8 faiz (18,2 milyon manat) çoxdur. Hesabat dövründə ödənişlər isə 55,2 milyon manat həcmində (ötən illə müqayisədə 13 faiz çox) həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti