...

Stavropol diyarı Azərbaycana taxıl istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 17:04 (UTC +04:00)
Stavropol diyarı Azərbaycana taxıl istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edib.
Stavropol diyarı Azərbaycana taxıl istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Stavropol diyarı Azərbaycana taxıl istehsalı üzrə birgə müəssisə yaratmağı təklif edib. Trend-in məlumatına görə, bunu Rusiyanın Stavropol diyarının qubernatorunun səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vladimirov bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumu çərçivəsində deyib.

O, birgə müəssisənin yaradılmasının konkret tarixini açıqlamasa da, qeyd edib ki, bu il üçün taxılın ixracı üzrə bütün müqavilələr artıq imzalanıb: "Biz gələcəkdə birgə müəssisənin yaradılması və taxl tədarüklərində vasitəçilərin istisna edilməsi təşəbbüsü ilə çıxış edəcəyik".

V.Vladimirovun sözlərinə görə, Azərbaycan diasporu Stavropol diyarında ən böyük diasporlardan biridir: "Stvaropol diyarı Azərbaycana turizm, aqrar və yüksək texnologiyalar sahəsində mütəxəssislərin təlimini təklif edə bilər. Stavropol diyarı hər il 70 mindən artıq mütəxəssisə təhsil verir. Fikrimcə, bu, Azərbaycan üçün maraqlı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti