...

İDEAL yeni mağazasını açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2014 12:19 (UTC +04:00)
İyulun 1-də Bakının ən gözəl prospektlərindən biri olan H.Cavid prospektində yeni İDEAL parfum və kosmetika mağazasının açılışı oldu.
İDEAL yeni mağazasını açdı (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İyulun 1-də Bakının ən gözəl prospektlərindən biri olan H.Cavid prospektində yeni İDEAL parfum və kosmetika mağazasının açılışı oldu.

Mağaza ilə tanış olmaq və İDEAL şirkəti ilə bu sevinci paylaşmaq üçün həmin gün oraya bir çox insan toplaşmışdı.

Şarlar və çiçəklərlə bəzədilmiş mağazanın açıq elan edilməsi üçün qırmızı lent kəsildikdən sonra qonaqlar qırmızı xalının üzərindən keçərək mağazaya daxil oldular.

Həmin gün mağazaya gələnləri xoş interyer, bol brend seçimi, alış-verişlə birlikdə hədiyyə, keyfiyyətli servisdən başqa 10 iyul tarixinə kimi yalnız bu mağazada nəzərdə tutulmuş aksiya da gözləyirdi.

Məlumat üçün bildirək ki, 10 iyul tarixinə kimi bu mağazadan hər 30 AZN məbləğində alış verişə 10 AZN dəyərində hədiyyə kartı və 5% endirim kartı verilir.

Əlavə olaraq mağazada İDEAL Nail bar və İDEAL Beauty room otaqları da fəaliyyət göstərir.

Mağaza H.Cavid pr. 528 ünvanında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti