...

Azərbaycanda depozitlər üzrə faiz dərəcələri azalmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü il iyunun 1-nə Azərbaycan bankları həm manatda, həm də SDV-də depozitlər üzrə faiz dərəcələrini azaldıblar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Hesabata əsasən, 2014-cü il iyunun 1-nə manatda depozitlər üzrə orta dərəcə 9,07 faiz olub. 2013-cü il iyunun 1-nə bu rəqəm 9,48 faiz təşkil edib. Xarici valyutada depozitlər üzrə orta dərəcə 8,99 faiz olub. 2013-cü il iyunun əvvəlinə bu göstərici 10,37 faiz təşkil edib.

2014-cü il iyunun 1-nə olan vəziyyətə görə, fiziki şəxslərin manatda depozitləri üzrə orta dərəcə 9,49 faiz olub. Bu göstərici 2013-cü il iyunun 1-nə 9,99 təşkil edib.

Fərdi müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə 10,10 faizə bərabər olub. 2013-cü il iyunun əvvəlinə bu rəqəm 10,59 faiz olub.

2014-cü il iyunun 1-nə hüquqi şəxslərin yerli valyutada depozitləri üzrə orta dərəcə 5,73 faiz təşkil edib. 2013-cu il iyunun 1-nə bu rəqəm 5,05 faiz olub.

Korporativ müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə isə 2,89 faizə bərabər olub. 2013-cü il iyunun əvvəlinə bu göstərici 5,22 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti