...

AZPROMO: Azərbaycan Rusiyanın Tomsk vilayətində layihələrdə iştiraka maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2014 14:26 (UTC +04:00)
Azərbaycan biznesi Rusiyanın Tomsk vilayətində layihələrdə iştiraka maraq göstərir.
AZPROMO: Azərbaycan Rusiyanın Tomsk vilayətində layihələrdə iştiraka maraq göstərir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycan biznesi Rusiyanın Tomsk vilayətində layihələrdə iştiraka maraq göstərir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

O bildirib: "Azərbaycanlı sahibkarların ənənəvi olaraq güclü olduqları sahələr arasında yüngül sənaye, mebel istehsalı, inşaat, kimya, neft-kimya və digər sahələri var".

AZPROMO rəhbəri forum iştirakçılarına Azərbaycanda son 10 il ərzində əldə olunan iqtisadi uğurlar, eləcə də keçirilən islahatlar haqqında danışıb.

Onun sözlərinə görə, biznesin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb: "Bundan başqa, ölkədə müxtəlif istiqamətli sənaye parkları yaradılıb ki, onların rezidentləri həm vergi güzəştləri, həm də infrastruktura və kommunikasiyalara ödənişsiz çıxış əldə edirlər". O, rusiyalı həmkarları belə parklar çərçivəsində əməkdaşlıq imkanlarına baxmağa dəvət edib.

Rusiyanın Tomsk vilayətinin Ticarət-Sənaye Palatasının Xarici iqtisadi fəaliyyət Mərkəzinin direktoru Aleksandr Belyayevin sözlərinə görə, nümayəndə heyətinin təmsil etdiyi region Rusiyanın ən dinamik inkişaf etməkdə olan regionlarından biridir: "Vilayət neft və qaz hasialtı sahələrində, maşınqayırmada, yüksək texnologiyalar və digər sahələrdə ənənəvi olaraq güclüdür. Bundan başqa, 2006-cı ildən regionda xüsusi iqtisadi zona fəaliyyət göstərir, ötən il isə iri sənaye parkının yaradılmasına başlanıb".

Forum çərçivəsində Azərbaycanda və Tomsk vilayətində fəaliyyət göstərən tibbi mərkəzlər arasında niyyət sazişi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti