Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
İcbari Sığorta Bürosu (İSB) tərəfindən 2014-cü ildə sayca 50-ci kompensasiya tələbi üzrə ödəniş həyata keçirilib.
Trend Büroya istinadən məlumat verir ki, İSB tərəfindən bu ilin avqustun 1-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 142-ci km-də naməlum avtomobil nəqliyyatı vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar həmin vətəndaşa 5000 manat məbləğində kompensasiya ödənişi verilib.
Məlumata görə, ümumilikdə cari il ərzində İSB tərəfindən 50 kompensasiya tələbi üzrə 170,38 min manat kompensasiya ödənişi həyata keçirilib.