...

Baş nazir: Azərbaycan şirkətləri Gürcüstana investisiyaları artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 19:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr /Trend, müxbir Nana Kirsxaliya/

Azərbaycan şirkətləri Gürcüstana investisiyaları artırmağı planlaşdırırlar. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cümə axşamı Bakıda danışıqların yekunu üzrə gürcüstanlı jurnalistlərə deyib.

Baş nazir qeyd edib: "Bu, Bakıya ilk rəsmi səfərimdir. Biz bir çox məsələləri müzakirə etdik və bir daha təsdiq etdik ki, strateji tərəfdaşlarıq. Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır".

İ.Qaribaşvili Azərbaycandan yeni investisiyaların yatırılmasını gözləyir: "Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatına investisiyaları artıracağı planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti