...

Türkiyə 2014-cü ildə Bakı-Tbilisi-Qars layihəsi üzrə işləri başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 11:56 (UTC +04:00)
Türkiyə 2014-cü ilin sonunadək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi çərçivəsində nəzərdə tutulan işləri başa çatdırmağı planlaşdırır.
Türkiyə 2014-cü ildə Bakı-Tbilisi-Qars layihəsi üzrə işləri başa çatdıracaq

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Türkiyə 2014-cü ilin sonunadək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi çərçivəsində nəzərdə tutulan işləri başa çatdırmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə Bakıda "Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" mövzusunda keçirilən beynəlxalq konfransda Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütvi Əlvan bildirib.

Onun sözlərinə görə, Türkiyə ərazisində artıq BTQ layihəsi çərçivəsində işlərin 83 faizi başa çatıb.

Türkiyə ərazisində 79 kilometrlik hissənin inşası işləri çərçivəsində investisiyaların həcmi 700 milyon dollar təşkil edir.

Nazirin sözlərinə görə, Türkiyə dəmiryol nəqliyyatının inkişafına böyük diqqət ayırır və 2003-2013-cü illərdə onun inkişafına 11 milyard avro sərmayə yatırıb.

Konfransda Gürcüstanın regional inkişaf və infrastrukturlar naziri David Şavliaşvili deyib ki, BTQ layihəsi həm Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı, həm də beynəlxalq nəqliyyat daşımaları üçün mühüm əhəmiyyət kəsb edir.

Konfransda TRACECA-nın baş katibi Eduard Biryukov qeyd edib ki, BTQ layihəsi TRACECA dəhlizinin tərkib hissəsi olacaq və Avropa bazarlarına çıxışı təmin edəcək.

Onun sözlərinə görə, Xəzərdə liman infrastrukturlarının təkmilləşdirilməsi də yükdaşımaların inkişafına mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti