...

Gəncədə avtomobil istehsalı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2014 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Bu ilin 9 ayı ərzində "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində ümumilikdə 1009 ədəd "Belarus" markalı traktor istifadəyə verilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 536 traktor çoxdur.

Bu barədə Trend-ə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu fərq "MAZ" markalı ağır tonnajlı avtomobillərin də yığımındə özünü göstərir. Belə 2013-cu ilin 9 ayı ərzində 184 "MAZ" istehsal olunmuşdursa da 2014 ilin hesabat dövründə bu rəqəm 202 təşkil edib.

Bu ilin 9 ayı ərzində müəssisədə ümumilikdə 732 ədəd asma avadanlıq istehsal olunub ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 73 ədəd çoxdur. Hesabat dövründə 15 ədəd traktor qoşqusu, 24 ədəd ağır tonnajlı yüklərin daşınması üçün qoşqu yığılaraq istifadəyə verilib.

2014-cü ilin 9 ayı ərzində istehsalın həcmi 53,7 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 milyon manat çoxdur. Bu artım realizə olunmuş malların həcmində də özünü nəzərəçarpacaq dərəcədə göstərir. Belə ki, bu ilin hesabat dövründə realizə olunmuş malların həcmi 56,6 milyon manat olmuşdur ki, bu da ötən illə meqayisədə 18 milyon manat çoxdur. 2014-cü ilin 9 ayı ərzində büdcə və büdcədənkənar fondlara ödəniş isə 3,5 milyon manat, orta aylıq əmək haqqı fondu 193,3 min manat olmuşdur. Müəssisəmizdə ilin 9 ayında orta aylıq əmək haqqı isə 394,3 manat olmuçdur ki, bu da ötən illə müqayisədə 67 manat çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti