...

Yükdaşıma bahalaşdı, sərnişindaşıma ucuzlaşdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2014 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

2014-cü ilin oktyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 6,0 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 1,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 1,1 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 10,8 faiz ucuzlaşma müşahidə olunub.

Oktyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 15,4 faiz bahalaşıb.

Dəmiryol nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 3,8 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti