...

Qeyri-neft sektoru büdcəyə vergi daxilolmalarının 57 faizini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2014 18:18 (UTC +04:00)
2014-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 144 milyon 974 min manat olub.
Qeyri-neft sektoru büdcəyə vergi daxilolmalarının 57 faizini təmin edib

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

2014-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 144 milyon 974 min manat olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məbləğin 34,9 faizi mənfəət vergisinin, 26,9 faizi əlavə dəyər vergisinin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 14,9 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 535 milyon 282,4 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz çoxdur.

Qeyd edək ki, Vergilər Nazirliyi üçün 2014-cü ildə vergi ayırmaları üzrə proqnoz 7,1 milyard manat həcmində müəyyən edilib.

Yanvar-oktyabr aylarında respublika üzrə 68 min 798, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz çox vergiödəyici qeydiyyata alınıb. 1 noyabr 2014-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 597 799-a çatıb.

2014-cü ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti