Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Azad Həsənli/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Kövsər Bank" ASC-nin 38 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 190 min ədəd səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Brokdil-AZ" MMC çıxış edir.
Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 12,02 milyondan 50,02 milyon manatadək artacaq.