...

Müraciətlərin 98 faizi ərizədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2015 15:37 (UTC +04:00)
2014-cü il ərzində Azərbaycanın vergi orqanlarına cəmi 103 196 müraciət daxil olub ki, onlardan da 98,2%-i ərizə, 1,6%-i şikayət, 154-ü təklifdir.
Müraciətlərin 98 faizi ərizədir

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

2014-cü il ərzində Azərbaycanın vergi orqanlarına cəmi 103 196 müraciət daxil olub ki, onlardan da 98,2%-i ərizə, 1,6%-i şikayət, 154-ü təklifdir.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 33,5%-i kameral vergi yoxlamaları, 30,8%-i müxtəlif arayışların alınması, 14,9%-i səyyar vergi yoxlamaları, 5,6%-i vergi borcları, 1,1%-i operativ vergi nəzarəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 13,7%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 75,4%-i müsbət həll olunub, 14,9%-i üzrə müvafiq izahatlar verilib, 5,7%-i əsassız sayılıb.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş 1647 şikayətdən 441-i eyni, 186-sı təkrardır, yəni şikayətlərin faktiki sayı 1020 ədəd olub. Şikayətlərin 34%-i kameral vergi yoxlaması, 21,3%-i operativ vergi nəzarəti, 17,8%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 17%-i səyyar vergi yoxlamaları, 7%-i korrupsiya hüquqpozmaları, 2,9%-i isə digər sahələrlə əlaqəlidir.

Baxılmış şikayətlərin 36,7%-i əsassız sayılıb, 36,6%-i üzrə müvafiq izahatlar verilib, 15,5%-i müsbət həll olunub.

İcra intizamına nəzarətin gücləndirilməsi nəticəsində icra müddəti gecikdirilən müraciətlərin sayı əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə azalaraq cəmi 87 ədəd və ya 0,08% təşkil edib, şikayətlər üzrə gecikdirilmə hallarına yol verilməyib.

2014-cü il ərzində Vergilər Nazirliyinin aparatının müvafiq struktur bölmələrinin rəhbərləri və ya digər vəzifəli şəxsləri tərəfindən 1 100 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində müvafiq köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

2014-cü ildə vergilər naziri tərəfindən Mingəçevir, Sabirabad, Göyçay, Xaçmaz, Zaqatala, Salyan, Kürdəmir və Xırdalan şəhərlərində ümumilikdə 325 nəfər vətəndaş qəbul edilib. Onların müraciətlərindən 61-i hesablanmış verginin (tətbiq edilmiş maliyyə sanksiyasının) ləğvinə və ya ümidsiz borcların silinməsinə köməklik göstərilməsi, 50-si işə qəbul (və ya bərpa) edilməsinə, yaxud iş yerinin dəyişdirilməsinə köməklik göstərilməsi, 31-i maddi yardım edilməsi, 25-i güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, 21-i vergi qanunvericiliyi və inzibatçılığının izah olunması və ya onda müvafiq dəyişikliklərin edilməsi, 12-si vergi nəzarəti tədbirləri, 10-u sosial sığorta ödənişləri, 115-i isə digər məsələlərlə bağlı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti