...

"Xalq Bank"da faizsiz dövr başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2015 18:14 (UTC +04:00)
Artıq "Xalq Bank"ın bütün kredit kartlarının sahibləri 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı qazanırlar.
"Xalq Bank"da faizsiz dövr başladı

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Artıq "Xalq Bank"ın bütün kredit kartlarının sahibləri 35 günlük faizsiz kredit xəttindən faydalanmaq imkanı qazanırlar.

Bankdan Trend-ə verilən məlumata görə, kredit xəttinin məbləği plastik kartın növündən asılıdır və 500-25000 manat arasında müəyyən edilir. Qeyd olunan kredit xətti Azərbaycan manatı ilə yanaşı, həm də USD/EUR valyutalarında ayrılır.

Məlumat üçün bildirmək istərdik ki, müştəri istifadə etdiyi məbləği növbəti təqvim ayın 5-dək ödəyərsə, kreditə görə faiz hesablanmır. Bununla da faizsiz kreditin müddəti maksimum 35 gün təşkil edir. İstifadə olunan məbləğ növbəti ayın 5-dək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə illik 20-24% dərəcəsi ilə faiz hesablanacaq.

"Xalq Bank"ın bu və ya digər məhsulları haqda ətraflı məlumat almaq üçün bankın filiallarına, www.xalqbank.az internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti