Azərbaycan Beynəlxalq Bankı Niderlanddan vəsait cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 30 Aprel 2015 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) Niderlanddan vəsait cəlb edib.

Bankdan Trend-ə verilən məlumata görə, bu ilin aprel ayında ABB bir il müddətinə 60 milyon ABŞ dolları həcmində Niderlandın İNGBank N.V. bankından kredit cəlb edib.

Vəsait korporativ maliyyələşməyə yönəldiləcək.

ABB-nin əsas səhmdarı (51,07 faiz) Azərbaycan Maliyyə Nazirliyidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti