...

Azərbaycan və Küveyt aviadaşımaları təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 17:24 (UTC +04:00)
Azərbaycan və Küveyt iki ölkə arasında aviadaşımalar üzrə xidmətlərin təşkili sahəsində anlaşma barədə saziş və memorandum imzalayıblar.
Azərbaycan və Küveyt aviadaşımaları təkmilləşdirir

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan və Küveyt iki ölkə arasında aviadaşımalar üzrə xidmətlərin təşkili sahəsində saziş və anlaşma memorandumu imzalayıblar. Bu barədə Trend Küveyt mətbuatına istinadən məlumat verir.

İki ölkənin mülki aviasiya administrasiya rəhbərləri arasında aparılmış danışıqlar aviadaşıma prosedurunun yaxşılaşdırılmasına, mülki aviasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və aviaxidmətlərin göstərilməsində maksimum rahatlığa istiqamətlənib.

Məlumata əsasən, saziş sərnişindaşımaını asanlaşdırmaq üçün hər iki ölkənin bəzi aviaşirkətləri arasında kommersiya əməkdaşlığını nəzərdə tutur. Bura, həmçinin nəqliyyat hüquqlarının mübadiləsi, mülki aviasiyada təhlükəsizlik və uçuşlar sahəsində fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdırmaq üçün bir sıra imtiyaz və imkanlar daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti