...

"Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik: dəyişikliklər astanasında" forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 10:42 (UTC +04:00)
İT-sənayesi liderləri Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumuna dəstək olacaq.
"Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik: dəyişikliklər astanasında" forumu keçiriləcək

Azərbaycan, Bakı, 25 may /Trend/

İT-sənayesi liderləri Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumuna dəstək olacaq. Forum mayın 26-da "Marriott" mehmanxanasında keçiriləcək. Trend-in məlumatına görə, insanların həyat keyfiyyətinin daim yüksəldilməsinə və onların iş üsullarının təkmilləşdirilməsinə istiqamətlənən texnologiya, məhsul və təşəbbüslər hazırlayan, innovasiyalı yarımkeçirici komponentlərin istehsalı üzrə dünyanın aparıcı şirkəti olan Intel tədbirin brilyant sponsoru oldu.

R.I.S.K. şirkəti forumun platin sponsoru olacaq. Şərqi Avropa və Qafqaz ölkələrinin bazarlarında İT-konsaltinq, sistem inteqrasiyası, İT-autsorsinq, proqram tətbiqetmələrinin və coğrafi informasiya sistemlərinin işlənib hazırlanması sahəsində həllər təqdim edən sözügedən R.I.S.K. şirkəti Cisco ilə 1997-ci ildən əməkdaşlıq edir. R.I.S.K. şirkəti - Azərbaycanda Cisco-nun qızıl tərəfdaşı statusuna malik olan yeganə təşkilatdır.

MDB, Latın Amerikası, Hindistan və Cənub-Şərq Asiya bazarlarında fəaliyyət göstərən, və müxtəlif İT-həll və xidmətlərin qlobal təchizatçısı olan Softline şirkəti forumun qızıl sponsoru oldu.

NetApp şirkəti (verilənlərin saxlanılması sistemlərinin aparıcı istehsalçılarından biri) "Verilənlərin emalı mərkəzləri" adlı tematik istiqamətin sponsoru statusunu əldə etdi.

Aşağıda sadalanan şirkətlər sərginin tərəfdaşı oldu:
• Azərbaycanın Bakinity şirkəti (sistem inteqrasiyası və distribusiyası sahəsində müxtəlif xidmətlər təqdim edir, avadanlıq və proqram təminatını təchiz edir);
• Eurodesign şirkəti (Azərbaycan və Gürcüstanın telekommunikasiya sahəsində ultra-müasir həllər hazırlayır və təqdim edir).

RRC şirkəti forumun bloknot və qələm üzrə sponsoru oldu (server, verilənlərin saxlanılması sistemləri və fasiləsiz qida sistemlərini, şəbəkə avadanlığını, həmçinin İP-texnologiya, informasiya təhlükəsizliyi və verilənlərin avtomatik eyniləşdirilməsi və sürətli çap həllərini təqdim edən pan-Avropa distribyutoru).

Abris Distribution şirkəti "badge"lər (döş nişanları) üçün nəzərdə tutulan lentlərin sponsoru oldu (MDB ölkələri və Monqolustan ərazisində informasiya texnologiyaların və telekommunikasiyaların distribusiyası sahəsində liderlərdən biri).

Cisco-nun "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumunda əvvəlcədən http://cs.co/press veb-səhifəsində qeydiyyatdan keçib pulsuz iştirak edə bilərsiniz.

Nişanlar: Cisco, Azərbaycan, Bakı, forum, verilənlərin emalı mərkəzləri, informasiya təhlükəzliyi, sponsor, tərəfdaş.

Jurnalistlərə əlavə məlumat təqdim etmək üçün Cisco-nun Rusiya/MDB üzrə
mətbuat xidmətinin rəhbəri Aleksandr Palladinə müraciət edin
tel. (985) 226-3950

Ümumi məlumat almaq üçün
tel. (495) 961-1410

Cisco şirkəti haqqında

İnformasiya texnologiyaları sahəsinin ümumdünya lideri Cisco şirkətlərə gələcəyin imkanlarından istifadə etməyə yardım edir və öz simasında sübut edir ki, qoşulmayanı qoşduqda heyranedici nəticələri əldə etmək olar.

2014 maliyyə ilində şirkətin təmiz satış həcmi 47,1 milyard ABŞ dolları təşkil etdi, cari maliyyə ilinin 9 ayı ərzində isə 36,3 milyard ABŞ dolları. Şirkətin həlləri, texnologiyaları və cari fəaliyyəti haqqında məlumatları www.cisco.ru və www.cisco.com saytlarından əldə etmək olar.

Cisco, Cisco loqotipi, Cisco Systems və Cisco Systems loqotipi Cisco Systems, Inc. şirkətinin ABŞ və bəzi digər ölkələrdəki qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Hazırkı sənəddə qeyd edilən bütün digər ticarət nişanları müvafiq sahiblərin mülkiyyətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti