Azərbaycan, Bakı, 15 iyul /Trend/
2015-ci ilin iyun ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1 faiz, digər xarici ölkələr üzrə 4,1 faiz bahalaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Ay ərzində dəmiryol nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.
Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4 faiz və 1,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.
İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1 faiz ucuzlaşıb, neftin nəql olunma tarifi isə sabit qalıb.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.