İranın sənaye, mədənlər və ticarət nazirinin müavininin Bakıya səfəri başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 16 Sentyabr 2015 09:39 (UTC +04:00)
İranın sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasianın Bakıya səfəri başlayıb.
İranın sənaye, mədənlər və ticarət nazirinin müavininin Bakıya səfəri başlayıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

İranın sənaye, mədənlər və ticarət nazirinin müavini və Mədənlərin İnkişafı Təşkilatının sədri Mehdi Kərbasianın Bakıya səfəri başlayıb. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, M.Kərbasian səfər zamanı Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və İran arasında sənaye və mədənlər sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti