...

VTB qrup Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 14:14 (UTC +04:00)
VTB qrup Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir.
VTB qrup Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

VTB qrup Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir.

VTB Azərbaycan-ın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabr ayında bank VTB (Rusiya) və VTB Faktorinqin nümayəndələri Bakıya səfər edib və bank VTB (Azərbaycan)-la birgə yerli istehsalçı şirkətlərin rəhbərləri ilə görüşüb.

Görüşlərin məqsədi VTB qrup daxilində ixrac faktorinqi xidmətlərini biznesə tanıtmaq olub. İxrac faktorinqi debitor borcu məbləğində təchizatçını maliyyələşdirməyə imkan verir ki, bu da Rusiyanın iri ticarət şəbəkələri ilə yerli biznesin inkişafına təkan verəcək.

Faktorinqin istifadəsi Azərbaycan istehsalçılarına Rusiya idxalçıları ilə ödəniş möhləti şərti ilə işləməyə və məhsul üzrə ödənişin mal göndərilən günü həyata keçməsinə imkan verir. Bu halda debitor borcun qaytarılmaması riskləri bütövlükdə VTB qrupun üzərinə düşür.

"Faktorinq nəinki əlavə alıcı cəlb etməyə kömək edən yaxşı kommersiya alətidir, eləcə də kassa kəsirinin qarşısını almaq, borcun qaytarılmaması riskini azaltmağ və ya tamamilə öz üzərindən qaldırmağ üçün effektiv üsuludur" - deyə, bank VTB (Azərbaycan)-ın korporativ biznesin sənədli əməliyyatlar şöbəsinin rəisi Aynur Ələsgərzadə bildirib.

Bir sıra Azərbaycan şirkətləri faktorinqin istifadəsinə maraq göstərib. Bunlar arasında qida, o cümlədən kolbasa və süd məhsullarının istehsalçıları var.

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: [email protected] www.vtb.az

VTB Faktorinq MMC Bank VTB ASC-nin törəmə şirkətidir və 2009-cü ildən faktorinq xidmətləri göstərir. Şirkətin coğragiyası Rusiyanın 18 iri şəhərini əhatə edir. VTB Faktorinq iri beynəlxalq faktorin birliyi İFGroup-un və Faktorinq şirkətlərinin Assosiyasiyasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti