...

Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 12:44 (UTC +04:00)
Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitənin fəaliyyətinin təşkili üzrə protokol imzalayıblar.
Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitə yaradır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Türkiyə gömrük məsələləri üzrə birgə komitənin fəaliyyətinin təşkili üzrə protokol imzalayıblar.

Trend-in məlumatına görə, protokol bu gün Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçının başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.

Protokolu Azərbaycanın dövlət gömrük komitəsinin sədri Aydın Əliyev və C.Aşçı imzalayıblar.

A.Əliyev qeyd edib ki, protokolda hər iki tərəfi maraqlandıran tədbirlərin keçirilməsi və məsələlərin müzakirə olunması nəzərdə tutulub: "Protokolda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin reallaşdırılması ilə bağlı iki ölkənin gömrük orqanları qarşısında dayanan öhdəliklər əks olunub. Gömrük yoxlamaları, risklərin idarə edilməsi sahəsində əməkdaşlıq və digər məsələlər üzrə məlumat mübadiləsi də nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti