...

Nazir: Gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2015 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Ənvər Məmmədov/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi Azərbaycan və Türkiyə üçün çox vacibdir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin ticarət və gömrük naziri Cenap Aşçı deyib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması bir qədər gecikir: "Hazırda tunellərin tikintisi aparılır. Düşündüyümüzdən də daha bərk süxurlarla üzləşmişik. Ümid edirəm ki, gələn il layihə başa çatacaq".

C.Taşçı qeyd edib ki, Türkiyə hökuməti layihənin reallaşdırılmasında çox maraqlıdır: "Türkiyədəki mövcud vəziyyət layihənin həyata keçirilməsinə mane törətməyəcək. Sizi əmin etmək istəyirəm ki, layihə uğurla yekunlaşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti