...

Nazir müavini: İtaliya Azərbaycan iqtisadiyyatına 480 milyon dollardan çox sərmayə qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

İtaliyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 480 milyon dolları ötüb. Bununla belə, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və gələcək inkişafı üşün böyük potensial mövcuddur.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov İtaliya və Azərbaycan şirkətlərinin nümayəndələrinin ikitərəfli görüşlərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr bütün sahələrdə, o cümlədən iqtisadə sahədə yüksələn xətt üzrə inkişaf edir: "İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 5 milyard dolları ötüb, cari ilin 8 ayında isə təqribən 1,8 milyard dollar təşkil edib. Azərbaycanda İtaliya sərmayəsi ilə 66 şirkət fəaliyyət göstərir".

S.Məmmədov qeyd edib ki, son 20 ildə (1995-2014-cü illər) ölkəyə ümumilikdə 200 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da yarısından çoxunu xarici sərmayələr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti