...

Aİ-dən Azərbaycana ÜTT-nin üzvü olmaq üçün təkliflər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 15:45 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq prosesinin başa çatdırılması işində Azərbaycana dəstək verməyə hazırdır.
Aİ-dən Azərbaycana ÜTT-nin üzvü olmaq üçün təkliflər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq prosesinin başa çatdırılması işində Azərbaycana dəstək verməyə hazırdır. Bunu Trend-ə Aİ-nin Brüsseldəki ofisinin mətbuat xidmətindən deyiblər.

Mətbuat xidmətindən qeyd ediblər ki, ÜTT-yə daxil olmaq prosesini sürətləndirmək üçün Azərbaycan gömrük sahəsində bəzi islahatlar aparmalı, rəqabət haqqında qanunvericiliyə dəyişikliklər etməlidir.

Ofisdən, həmçinin Azərbaycanın ÜTT-yə daxil olmaq üçün gördüyü işlərin vacibliyi qeyd edilib və təşkilata üzv olmaq prosesi ilə nəzərdə tutulmuş qalan islahatların yekunlaşdırılmasının vacibliyi vurğulanıb: "Hər bir ölkə təşkilata inkişaf etmiş və inkişaf etməkdə olan ölkə qismində daxil olacağını sərbəst müəyyənləşdirmək hüququna malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti