...

Dmitri Roqozin: Azərbaycanla əlaqələr Rusiyanın strateji maraqlarına cavab verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 17:25 (UTC +04:00)
Rusiya və Azərbaycan qarşılıqlı ticarətin həcmi üzrə rekord müəyyənləşdiriblər.
Dmitri Roqozin: Azərbaycanla əlaqələr Rusiyanın strateji maraqlarına cavab verir

Rusiya, Moskva, 9 oktyabr /Trend, xüsusi müxbir Orxan Yolçuyev/

Rusiya və Azərbaycan qarşılıqlı ticarətin həcmi üzrə rekord müəyyənləşdiriblər. Trend-in məlumatına görə, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan İqrisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının XV iclasında deyib.

Onun sözlərinə görə, ötən ilin nəticələri üzrə ölkələr arasında əmtəə dövriyyəsi 12 faiz artaraq 4 milyard dollar həcmində tarixi maksimuma çatıb: "2009-cu ildən iki ölkənin qarşılıqlı ticarət həcmi iki dəfədən çox artıb və hazırda ticarət göstəricilərinin dinamikası MDB ölkələri arasında ən yaxşılardan biridir".

Nazir müavini qeyd edib ki, Azərbaycanla əlaqələr Rusiyanın strateji maraqlarına cavab verir.

D.Roqozin bildirib ki, bununla belə, cari ilin 7 ayının yekunu üzrə ticarət tempi azalıb, əmtəə dövriyyəsi 23,2 faiz azalaraq 1,7 milyard dollara düşüb.

Rusiyanın iqtisadi inkişaf nazirinin birinci müavini Aleksey Lixaçyov da müəyyən edilmiş rekordu təsdiqləyib: "Biz bank sahəsi və "Lukoyl" kimi iri şirkətlərin xətti ilə Azərbaycanda Rusiya sərmayələrinin 1,5 milyard dollardan artıq göstəricisinə çatmışıq. Həmçinin xidmətlərimizin dövriyyəsi təqribən 1,5 milyard dollar həcmindədir. Azərbaycanda, o cümlədən, 100 faizlik RF kapitalı ilə təqribən 660 Rusiya müəssisəsi işləyir".

Azərbaycan Baş nazirinin I müavini Yaqub Eyyubov isə bildirib ki, hökumətlərarası komissiya iki ölkə arasında əlaqələrin həmişə yüksək səviyyədə olması üçün hər şey edir: "Rusiyada xeyli sayda azərbaycanlı işləyir. Onları heç kəs sıxışdırmır, əksinə, onlar üçün bütün mümkün şərait yaradılır".

D.Roqozin, həmçinin əlavə edib ki, Azərbaycanda 15 min tələbə rus dilində təhsil alır: "Eyni zamanda Rusiyanın ali məktəblərində təqribən 9 min azərbaycanlı təhsil alır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti