Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
13 oktyabr - Azərbaycan dəmiryol işçilərinin peşə bayramı günüdür. "Kapital Bank" əmək fəaliyyətini Azərbaycan dəmiryol nəqliyyatı ilə bağlayan hər kəsi peşə bayramı münasibətilə təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.
Bununla əlaqədar, "Kapital Bank" böyük məmnuniyyətlə dəmiryolçular üçün güzəştli kampaniya elan edir. Oktyabrın 12-dən 17-dək davam edəcək kampaniya çərçivəsində "Kapital Bank" "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bütün əməkdaşları üçün illik 27%-lə bankın mövcüd gündəlik tələbat kreditlərindən yararlanmaq imkanı təklif edir.
Göstərilən tarixlərdə dəyərli peşə sahibləri 0% komissiya ilə 15000 AZN-dək və 36 ay müddətinədək kredit əldə edə bilərlər. "Kapital Bank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Endirim kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.