...

Azərbaycan Beynəlxalq Bankının kartlarında “3D Secure”dən istifadə asanlaşdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2015 13:16 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının kartlarında “3D Secure”dən istifadə asanlaşdı.
Azərbaycan Beynəlxalq Bankının kartlarında “3D Secure”dən
istifadə asanlaşdı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Bankının kartlarında "3D Secure"dən istifadə asanlaşdı.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının ödəniş kartlarına sahib olan müştərilərin "3D Secure" texnologiyasından istifadə etməsi indi daha da asan oldu. Bank ödəniş kartlarının "3D Secure" sisteminə qoşulma prosedurlarını sadələşdirib.

"3D Secure" İnternetdə alış-veriş edən müştərilərin vəsaitlərini qorumaq üçün beynəlxalq ödəniş sistemləri tərəfindən tətbiq olunan yüksək təhlükəsizlik texnologiyasıdır.

Əvvəl "3D Secure" protokoluna qoşulmaqdan ötrü müştəri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından 3D parollarının siyahısını çap edib, daha sonra www.azericard.com saytında qeydiyyatdan keçməli idi. Amma daha buna ehtiyac yoxdur.

İndi Bankın "SMS xəbərdarlıq" xidmətinə qoşulmuş bütün ödəniş kartları avtomatik olaraq "3D Secure" texnologiyasına da qoşulmuş sayılır. Beləliklə, "SMS xəbərdarlıq" xidmətinə qoşulan kart sahibi eyni zamanda iki imkan qazanır: həm kart hesabına daxil olan və çıxarılan vəsaitlər haqqında "SMS-xəbərdarlıq" alır, həm də İnternetdə alış-veriş zamanı hesabındakı vəsaitlərin maksimum təhlükəsizliyini təmin edir.

Bu xidmətə Azərbaycan Beynəlxalq Bankının bütün bankomatları vasitəsilə qoşulmaq olar.

36 filiala və 42 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti