...

Nazir: Əhalinin aylıq gəlirləri 3-9 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2015 17:07 (UTC +04:00)
Azərbaycanda güzəşt tətbiq edilən gəlirlərin yuxarı həddinin artırılması 500 mindən çox insana aylıq gəlirlərini 3-9 faiz artırmağa imkan verəcək.
Nazir: Əhalinin aylıq gəlirləri 3-9 faiz artacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda güzəşt tətbiq edilən gəlirlərin yuxarı həddinin artırılması 500 mindən çox insana aylıq gəlirlərini 3-9 faiz artırmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında deyib.

Qeyd edək ki, Milli Məclisə təqdim edilən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən, gəlir vergisinə cəlb edilən fiziki şəxsin aylıq gəlirinin məbləği vergidən azad edilən hissə çıxıldıqdan sonra 250 manatdan 2500 manatadək artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti