Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun tikintisi gələn il başa çatacaq.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ticarət və gömrük naziri Cenap Taşçı deyib.
Onun sözlərinə görə, BTQ 2016-cı ilin II rübündən gec olmayaraq tam işə salınacaq: "Hazırda layihə çərçivəsində Türkiyə ərazisində son tunellər tikilir".