...

ABŞ Azərbaycanda ticarət missiyası təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2015 07:08 (UTC +04:00)
Amerika-Azərbaycan Ticarət Palatası (USAAC) və ABŞ Ticarət Xidməti Azərbaycanda Amerika Ticarət Missiyasının formalaşmasını başa çatdırıb
ABŞ Azərbaycanda ticarət missiyası təşkil edib

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Amerika-Azərbaycan Ticarət Palatası (USAAC) və ABŞ Ticarət Xidməti Azərbaycanda Amerika Ticarət Missiyasının formalaşmasını başa çatdırıb. Trend xəbər verir ki, bu barədə USAAC-ın yaydığı məlumatda deyilir.

Missiya Amcham (Türkiyə), Amcham (Azərbaycan), Azpromo və Park High-Tech təşkilatçılığı ilə bu ilin 18-20 noyabrda Bakıda baş tutacaq.

15 amerika şirkətlərinin, o cümlədən ABŞ ticarət nazirliyinin məmurları və digər yüksək vəzifəli şəxslər ticarət və biznes imkanlarının öyrənilməsi və genişləndirilməsi üçün Bakıya yola düşəcəklər.

Ticarət missiyası Azərbaycana yeni investisiyalar cəlb etmək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti