...

ABŞ Azərbaycanda qadın sahibkarlığının inkişafını dəstəkləməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 11:54 (UTC +04:00)
ABŞ Azərbaycanda qadın sahibkarların iqtisadi imkanlarının genişləndirilməsi üzərində işləyir.
ABŞ Azərbaycanda qadın sahibkarlığının inkişafını dəstəkləməyə hazırdır

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ Azərbaycanda qadın sahibkarların iqtisadi imkanlarının genişləndirilməsi üzərində işləyir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda "Qadın sahibkarlığının Azərbaycanda inkişafı" mövzusunda keçirilən konfransda deyib.

Səfir ABŞ-ın bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu qeyd edib: "ABŞ qadın sahibkarlığına dəstək verilməsinin tərəfdarıdır. Qadın müvəffəqiyyət qazanıbsa, deməli onun uğurlu və sağlam ailəsi var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti