...

Ukrayna Azərbaycana "Böyük ipək yolu" marşrutu üzrə qatar buraxmağı təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2015 13:55 (UTC +04:00)
Ukrayna Azərbaycana "Böyük ipək yolu" marşrutu üzrə Xəzər dənizi istiqamətində qatar buraxmağı təklif edib.
Ukrayna Azərbaycana "Böyük ipək yolu" marşrutu üzrə qatar buraxmağı təklif edib

Bakı. Azad Həsənli - Trend:

Ukrayna Azərbaycana "Böyük ipək yolu" marşrutu üzrə Xəzər dənizi istiqamətində qatar buraxmağı təklif edib. Trend-in məlumatına görə, bu məsələni Bakıda Ukraynanın Baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Gennadi Zubkonun Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə müzakirə olunub.

Bu barədə Trend Ukraynanın Regional İnkişaf, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin saytına istinadən məlumat verir.

G.Zubkon bildirib: "Biz tranzit konteyner daşımaları üçün vahid tarifin müəyyənləşdirilməsi və Xəzər dənizi ilə "Böyük ipək yolu" istiqamətində razılaşdırımış marşrut üzrə ilk sınaq qatarının buraxılması haqqında Çin, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna dəmir yol administrasiyalarının əldə etdikləri razılaşmaları müzakirə etməyi təklif edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti