...

Cavid Qurbanov: Abşeron üzrə elektrik qatarlarının hərəkətinin bərpasına 550 milyonadək dollar lazımdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2015 13:02 (UTC +04:00)
Bakı-Sumqayıt dəmir yolu üçün “Stadler Rail Group” şirkətinin daha iki qatarı gətiriləcək.
Cavid Qurbanov: Abşeron üzrə elektrik qatarlarının hərəkətinin bərpasına 550 milyonadək dollar lazımdır (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub, başlıq dəyişdirilib (ilk xəbər saat 13:02-də yayımlanıb)

Bakı. Azad Həsənli - Trend:

Bakı-Sumqayıt dəmir yolu üçün "Stadler Rail Group" şirkətinin daha iki qatarı gətiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, qatarlardan biri artıq yoldadır, ikincisi isə dekabrın sonunda və ya yanvarın əvvəlində Bakıya gələcək: "Həmçinin Riqadan gələn köhnə qatarlarımız var, onları təmir etmişik. Əgər lazım olarsa, həmin qatarları dəmir yoluna buraxa bilərik".

QSC-nin sədrinin sözlərinə görə, "Stadler Rail Group" şirkətinin qatarları bəzi texniki məsələlər həll edildikdən sonra xəttə buraxılacaq.

C.Qurbanov qeyd edib ki, dəmir yollarında gediş kartlarından istifadəyə keçid də planlaşdırılır.

O əlavə edib ki, gələcəkdə Abşeron yarımadası üzrə elektrik qatarlarının hərəkəti bərpa ediləcək: "Elektrik qatarları Bakı-Zabrat-Pirşağı-Novxanı-Corat-Sumqayıt marşrutu üzrə hərəkət edəcək, əks istiqamətdə Bakıyadək isə Xırdalan və Biləcəridən keçəcək. Hazırda dəmir yolu xətlərinə bitişik ərazilərin qanunsuz obyektlərdən, rabitə xətlərindən təmizlənməsi üzrə işlər aparılır. Bundan başqa, dəmir yolu xətləri boyunca keçidlər tikmək, mühafizə çəpərləri quraşdırmaq lazımdır. Layihənin ümumi dəyəri təqribən 500-550 milyon dollar qiymətləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti