...

Deputat: Azərbaycan hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını almalıdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2015 12:57 (UTC +04:00)
Azərbaycan hökuməti manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının qiymətinin artımını qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək.
Deputat: Azərbaycan hökuməti ərzaq məhsullarının qiymət artımının qarşısını almalıdır (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan hökuməti manatın devalvasiyası nəticəsində ərzaq məhsullarının qiymətinin artımını qarşısını almaq üçün mümkün olan hər şeyi edəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hazırda devalvasiyanın qiymətlərə necə təsir edəcəyi barədə danışmaq çox çətindir, lakin dövlət qiymət artımının qarşısını almaq məqsədilə mümkün olan hər şeyi edəcək: "Azərbaycana gətirilən məhsullar bahalaşmamalıdır. Manatın ucuzlaşması ola bilsin idxal edilən mallara təsir edəcək. Əsas olan qida məhsulları, kommunal xidmətlər, nəqliyyat üzrə qiymətləri qorumaqdır ki, yaranmış vəziyyət əhalinin rifahına çox güclü təsir etməsin".

R.Quliyev qeyd edib ki, Azərbaycan manatının devalvasiyası barədə qərar Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalması səbəbinə görə məcburi və gözlənilən idi: "Nəzərə alsaq ki, son 10-15 gün ərzində Mərkəzi Bank valyuta intervensiyasında 100 milyonlarla manat itirdi, sonrakı gözlənti bütün valyuta ehtiyatlarının tam azalmasına gətitib çıxara bilərdi. Bu qərar prinsipcə gözlənilən idi".

O əlavə edib ki, üzən məzənnəyə keçidin səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq qərarı oldu.

Deputatın sözlərinə görə, istənilən halda ajiotaja uymaq lazım deyil, çünki hökumət devalvasiyanın yaratdığı bütün mənfi prosesləri dayandırmağa çalışacaq: "Kiçik və orta biznesi səylə inkişf etdirmək lazımdır ki, daxili istehsal hesabına istehlak təmin edilsin. Digər tərəfdən məhsullarımızın ixracının genişləndirilməsi üçün imkan və stimul yaranır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti