...

Azərbaycanda banklar üçün ehtiyatların yaradılması normaları sadələşdirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2016 12:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların qeyri-qənaətbəxş və təhlükəli aktivlər üzrə ehtiyat dərəcələrini dəyişib.
Azərbaycanda banklar üçün ehtiyatların yaradılması normaları sadələşdirildi

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların qeyri-qənaətbəxş və təhlükəli aktivlər üzrə ehtiyat dərəcələrini dəyişib. Trend-in xəbərinə görə, bu barədə tənzimləyicinin məlumatında deyilir.

Məlumatda deyilir: "Kontr-tsiklik prudensial tənzimləmə siyasətinə uyğun olaraq yeni makroiqtisadi şəraitdə banklara requlyativ dəstəyin verilməsi, kredit portfelinin keyfiyyətinin saxlanması üçün banklar tərəfindən kreditlərin restrukturizasiya imkanından daha aktiv istifadə olunmasına imkan yaradılması məqsədilə Azərbaycan Mərkəzi Bankı qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsini 30-dan 25 faizədək, təhlükəli aktivlər üzrə ehtiyat dərəcəsini isə 60-dan 50 faizədək endirib".

Qeyd edək ki, qənaətbəxş aktivlər üzrə dərəcə 1 faiz, restrukturizasiya edilmiş və nəzarət altında olan aktivlər üzrə 2 faiz, restrukturizasiya edilməmiş və nəzarət altında olan aktivlər üzrə 1 faiz, ümidsiz aktivlər üzrə isə 100 faiz təşkil edir.

Bundan başqa, AMB restruktruzasiya edilmiş aktivlərin təsnifləşdirilməsi qaydaları redaksiyasına dəyişiklik edib:

Yeni redaksiyada:

1) Aktivin restrukturizasiyası anında onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası yaxşılaşdırıla bilməz;

2) Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilir:

- müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər - altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda;

- istehlak kreditləri və banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər - aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda.

3) Bu qaydaların ilk iki bəndlərinin tələbləri nəzərə alınmaqla 23 fevral 2015-ci il tarixinədək restrukturizasiya olunmuş aktivlərin təsnifat kateqoriyası maksimum qeyri-qənaətbəxş təsnifat kateqoriyasınadək, 23 fevral 2015-ci ildən sonra restrukturizasiya olunmuş aktivlərin kateqoriyası isə maksimum nəzarət altında olan təsnifat kateqoriyasınadək yaxşılaşdırıla bilər;

4) Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyası müəyyən edilərkən bu qaydaların 2 və 3 cü bəndlərinin tələbləri ilə yanaşı aktivin keyfiyyət meyarları da nəzərə alınmalıdır.

Aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:

Gecikmə günləri

Keyfiyyət

meyarları

0-30 gün

31-90 gün

91-180 gün

181-270 gün

270 gündən artıq

Yüksək

Qənaətbəxş

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Orta

Nəzarət

altında olan

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Ümidsiz

Aşağı

Qeyri-

qənaətbəxş

Təhlükəli

Ümidsiz

Ümidsiz

Ümidsiz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti